İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış müğənninin qardaşı həbs olundu

1660 29.05.2022 14:37 Şou-biznes A A

Ötən gün Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgülün qardaşı Yusuf Bazancirin son məhkəmə prosesi keçirilib.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, məhkəmənin qərarı ilə Yusuf Bazancir keçmiş arvadı Seval Bazancirin evinə baltayla qapını qıraraq daxil olduğu üçün 1 il 11 ay azadlıqdan məhrum edilib.

Təqsirləndirilən Yusuf Bazancir məhkəmədə bildirib ki, hadisə günü keçmiş arvadı ilə telefonda mübahisə ediblər. Daha sonra o, qadınən evinə gələrək, qapını açmağı tələb edib:

"Mən evə gedəndə keçmiş arvadım qapını açmadı. Mən də israr etdim. Əsəb dərmanlarından istifadə edirəm. Dərmanlarım isə içəridə idi. Qapını açmayanda əsəbiləşdim. Qapını sındıracam dedim. Tək məqsədim içəri girib dərmanlarımı götürmək idi. Fiziki zorakılıq etməyi düşünməmişdim. Bu günə kimi başıma belə bir şey gəlməyib. Mən onu hədələməmişəm bəlkə söymüşəm. Hal-hazırda keçmiş həyat yoldaşımla heç bir problemimiz yoxdur. Bu, sadəcə xoşagəlməz hadisə idi. Kaş ki olmayaydı".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR