İnsanlara hürriyət, millətlərə istiqlal!

Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq etdi - SƏBƏB

556 15.04.2024 18:46 Dünya A A

Tacikistan Türkiyə vətəndaşları üçün viza rejimi tətbiq edir.

Musavat.com xəbər verir ki, bu barədə “Asia-Plus” Tacikistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik qeyd edib ki, Tacikistan Respublikası Hökumətinin 28 mart 2024-cü il tarixli fərmanına verilən nota istinad edərək, qarşılıqlılıq prinsipini həyata keçirmək məqsədilə 20 aprel 2024-cü il tarixindən etibarən Türkiyənin ümumi mülki xarici pasportları sahiblərinə viza rejimi tətbiq ediləcək: “Türkiyə vətəndaşları Tacikistan Respublikasının xaricdəki səfirlik və konsulluqlarında viza ala bilərlər”.

Qeyd edək ki, bundan əvvəl adi xarici pasportlara malik Tacikistan vətəndaşları üçün viza rejiminin tətbiqi ilə bağlı qərarı Türkiyə verib. Aprelin 20-dən Tacikistan vətəndaşları üçün Türkiyəyə girişə viza rejimi tətbiq olunacaq. Əvvəllər Tacikistan vətəndaşları Türkiyəyə vizasız daxil olub orada 90 günə qədər qala bilirdilər.

Viza rejimi ilə bağlı fərmanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. Sənəd rəsmi hökumət qəzetində “Resmi gazete”də dərc olunub və dərc edildiyi andan qüvvəyə minib. İndi Tacikistan vətəndaşlarından səyahətə çıxmazdan əvvəl Türkiyə diplomatik nümayəndəliyindən viza alması tələb olunur.

Onu da bildirək ki, Türkiyə bu addımı Tacikistan vətəndaşlarının iştirakı ilə baş verən terror hadisələrindən sonra atıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR