İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılardan yeni TƏXRİBAT - "Ləğv edilə bilməz..."

1568 22.12.2023 13:09 Siyasət A A

Qarabağdakı keçmiş qondarma rejimin "prezidenti" Samvel Şahramanyanın sentyabrın 28-də imzaladığı fərmana əsasən 2024-cü il yanvarın 1-də "respublika"nın mövcudluğuna son qoyulacaq.

Lakin "Artsax hökuməti" bu fərmanı yayımlamaqdan imtina edir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri mənbələrə istinadən məlumat verib.

Nəşr xatırladıb ki, Şahramanyanın özü oktyabrın 20-də “heç bir sənəd xalqın yaratdığı dövləti ləğv edə bilməz” ,- deyərək, imzaladığı fərmanın heç bir hüquqi qüvvəyə malik olmadığını deyib.

Eyni zamanda, qondarma rejimin "Prezident Aparatı"ndan "Armenia Today"-ə bildirilib ki, "respublika"nın rəhbəri Samvel Şahramanyan sentyabrın 28-də imzalanmış fərmanla bağlı məsələni dəfələrlə müzakirə edib. 

“Ümummilli referendum nəticəsində yaradılmış dövlət fərmanla ləğv edilə bilməz. Çünki "Artsax" Konstitusiyasında belə bir bənd yoxdur”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR