İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşdi - Qarabağı tərk edən ermənilərə ilk “mükafat” – Üzeyir Cəfərovla CANLIda

1071 03.10.2023 11:30 Son xəbər A A

Qarabağda antiterror tədbirləri zamanı şəhid olan daha 5 hərbçinin kimliyi müəyyənləşib. Onların adları Müdafiə Nazirliyinin təqdim etdiyi siyahıya əlavə olunub. Siyahı ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Qarabağda baş verən hadisələrdən sonra Ermənistan rəhbərliyi xalqın qəzəbindən qorxur.
Bu barədə “Joxovurd” qəzeti yazıb. Belə ki, artıq əhali arasında şayiələr yayılır. Bunlardan ən diqqətçəkəni Qarabağı tərk edən ermənilərin Ermənistanda küçələrə çıxacağı halda yardımlardan məhrum edilməsi ilə bağlıdır. Bu isə hökumətin baş verə biləcək iğtişaşların miqyasının artmasından qorxduğunu göstərir.

Bununla yanaşı, Ermənistan hökumətinin nümayəndələri özünümüdafiə tədbirlərinə də start veriblər. Baş nazir aparatının rəhbəri Araik Arutyunyan xidməti maşınla hərəkət etsə də, avtomobilinin nömrə nişanları dəyişdirilib. Qeyd edilir ki, o, xalqın qəzəbindən qorxduğu üçün bu yola əl atıb.

Son günlər İrəvanda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi vurğulanır.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR