İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Xankəndidən çəkilir - plan AÇIQLANDI – detallar “Canlı debat”da

1486 18.04.2023 11:22 Gündəm A A

Ermənistan hakimiyyəti Rusiya ilə dürüst danışıqlardan imtina edir, çünki hədəfləri başqadır. Erməni mediasının yazdığına görə, Ermənistanın Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan belə bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan Rusiyanı regiondan çıxarmaqla bağlı ümumi hədəfə sahibdirlər. Rusiya-Ermənistan münasibətlərindəki sistemli böhran, rəsmi İrəvanın Qarabağ məsələsində ziddiyyətli siyasəti ölkənin real maraqlarının hakim komanda tərəfindən müəyyən edilməməsinə gətirib çıxarıb. Bu nə qədər belə davam etsə, Ermənistan bir o qədər də çox geosiyasi çuxurda qalacaq.

A.Aşotyan eyni zamanda bildirib ki, hazırda Ermənistan Qarabağ məsələsinin həlli ilə bağlı “Moskva planı”nı qəbul etmir. Siyasətçinin sözlərinə görə, İrəvanın özünün dəqiq mövqeyini deməməsi sayəsində Bakıya Rusiya variantından imtina üçün şərait yaratdı. Bundan sonra Rusiyanın öz variantını davam etdirməsi üçün səbəb yox idi. O, nəticədə özünün həll variantından imtina etdi.

Ermənistan nələrə hazırlaşır? Bir-birinin ardınca təxribatlara imza atmaqla dünyaya və Azərbaycana hansı mesajları verir?
Bu və gündəmdəki bir çox mövzuları bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində KXCP sədri Mirmahmud Mirəlioğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR