İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağda Volkovu əvəz edəcək yeni komandan kimdir - DOSYE

4895 25.04.2023 19:25 Gündəm A A

Xəbər verdiyimiz kimi, Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu geri çağırmaq qərarına gəlib.

Musavat.com istinadən xəbər verir ki, bu barədə İrəvanın “Hraparak” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Rusiya sülhməramlılarının yeni komandanı general-polkovnik, təcrübəli hərbçi, Rusiya müdafiə naziri Sergey Şoyqunun ən etibarlı adamlarından biridir.

Son məlumatlara görə, bu posta müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin olunacaq. O, bu vəzifədə Andrey Volkovu əvəz edəcək.

Aleksandr İvanoviç Lentsov 20 dekabr 1956-cı ildə Krasnodar diyarında anadan olub. Orta məktəbi bitirdikdən sonra Ryazan Ali Hava Desant Komandanlığı Məktəbinə qəbul edilib.

103-cü hava desant diviziyasının tağım komandiri vəzifəsində çalışıb. 1979-cu ildə Əfqanıstana gəlib. 1980-1982-ci illərdə - hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat briqadasının komandiri olub. O, kəşfiyyat qrupuna rəhbərlik etdiyi 2 il ərzində bir döyüşçüsünü də itirməyib və bir çox mühüm tapşırıqları yerinə yetirib. 1982-ci ildə 234-cü paraşüt alayının kəşfiyyat komandiri, 1982-1983-cü illərdə 234-cü paraşüt batalyonunun qərargah rəisi təyin edilib. 1983-1986-cı illərdə də 234-cü Hava Desant Alayının batalyon komandiri olub.

Lentsov Əfqanıstan, Birinci çeçen, İkinci çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib.

2013 ildən 2020-ci ilə qədər Rusiyanın Quru Qoşunları Baş Komandanının müavini vəzifəsini icra edib. O, 2014-cü ildə general rütbəsini alıb. 2009-2013-cü illər ərzində də Rusiya Hərbi Hava Qüvvələri komandirinin müavini vəzifəsində çalışıb.

22 yanvar 2020-ci ildən Rusiya Federasiyası Müdafiə nazirinin müşaviridir. 

Ailəlidir, bir oğlu var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR