İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qafqazın hər bir etnosu cənab İlham Əliyevə minnətdar olmalıdır” - deputat

409 26.12.2023 12:41 Siyasət A A

Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi Azərbaycanın beynəlxalq hüquqa sədaqətinin və ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin ifadəsidir. Əslində, Azərbaycanın ekoloji məsələlərdən danışmağa hər kəsdən çox haqqı var. Çünki, ilk növbədə “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq bizim milli prioritetimizdir.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, digər tərəfdən, 30 il ekosidə məruz qalan Livan ölçüdə bir ərazidə işğala son qoyaraq böyük ekoloji fəlakətin qarşısının alınması elə BMT-nin Çərçivə Konvensiyasının, Kioto Protokolu və Paris Razılaşmasın qlobal miqyasda təntənəsi deməkdir:

"Təsadüfi deyil ki, məhz bu inkaredilməz amillər qarşısında hətta bizə qeyri-dost olan subyektlər belə əks arqument tapmadı və dünya birliyi böyük hörmət və etimad göstərib COP 29-un Azərbaycanda keçirilməsi barədə yekdil qərar verdi. Cənab İlham Əliyev COVİD 19-la mübarizədə olduğu kimi, iqlim dəyişikliyi üzrə qlobal səylərin birləşməsində də təşəbbüsləri ələ almaqda və ölkəmizi bu istiqamətdə əsas oyunçulardan birinə çevrməkdədir. Baxın, 30 il əvvələ qədər özünün suverenliyini qorumaqda aciz olan bir subyektdən qüdrətli dövlətdə, çörək növbəsində duran ac-yalavac toplumdan iqlim dəyişikliyini müzakirə edən cəmiyyətə çevrilmişik. Bilirsiniz ki, Azərbaycanın çox əsirlik dövlətçilik tarixi fonunda son 200 ildə məqsədli formada feodal təfəkkürlü və xurafatçı bir “tatar” obrazı meydana çıxarılmışdı. Bu obrazı, nə Axundovun timsalında ziyalılar dəyişə bilmədi, nə cümhuriyyətçilər, nə də Heydər Əliyevə qədərki kommunist rəhbərlər. Yalnız Ulu Öndər Azərbaycanda müasir dövlətçilik ənənələrini formalaşdıra bildi. Cənab İlham Əliyevin sayəsində isə bu gün biz qalib qlobal oyunçuyuq".

Deputat vurğulayıb ki, 3 il əvvələ qədər qələbə barədə ən yaxşı halda düşünə və arzu edə bilərdik:

"Amma son aylara qədər bizim üçün xəyal olan Xankəndində, indi şəhid övladlarının başı üzərində müzəffər Ali baş Komandanın ucaltdığı Azərbaycan bayrağı dalğalanır. Uşaq pulu ritorikası altında gizlənənlərin hakimiyyəti dövründən fərqli olaraq Əliyev siyasi kursu sayəsində artıq güllədən, qəlpədən uşaqlar ölmür. Xocalıda qadını əsir düşdüyü halda, kişilərin siyasi səhnədə özünə “bəy” dedirtdiyi saxta bəylik dövrlərindən fərqli olaraq İlham Əliyevin rəhbərliyi altında, zəfəri ilə özünə bəy deməyə haqqı çatan nəsillər yetişib. Bu gün Qərb neoimperializmi, Azərbaycan lideri qarşısında aciz qalıb Qafqazı digər bölgələr kimi qütblərin qarşıdurma bataqlığına çevirə bilmir. Ən azı elə buna görə, bu bölgənin digər hər bir sakini, hər bir gürcü, hər bir erməni və Qafqazın hər bir etnosu cənab İlham Əliyevə minnətdar olmalıdır".

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR