İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayevin kiçik qızına qarşı ittiham – 170 milyon dollarlıq biznesə çöküb

637 28.02.2024 16:00 Dünya A A

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva və Konstitusiya Şurasının keçmiş sədri İqor Roqovun həyat yoldaşı Valentina Roqova özgələrinin biznesinə çökməkdə ittiham olunurlar.

“2003-cü ildə Aliyə Nazarbayeva öz nüfuzundan istifadə edərək 7 neft bazası və 96 yanacaqdoldurma məntəqəsi daxil olmaqla 170 milyon dollar dəyərində biznesi ələ keçirib. O, obyektlərin keçmiş sahiblərini həbsxana və zorakılıqla hədələyib. Ali Məhkəmənin keçmiş sədri İqor Roqovun həyat yoldaşı Valentina Roqovanın onunla əməkdaşlıq etdiyi də məlumdur”, - deyə mətbuat konfransının elanında deyilir.

Mətbuat konfransında “TPK Asia” MMC-nin sahibi Bimurzin Nurlan bildirib ki, onun biznesə çökmə hadisəsi ilə bağlı ərizəsi hazırda aktivlərin bərpası komitəsindədir.

O, həmçinin qeyd edib ki, bu məsələdə sona qədər getməyə hazırdır.

“20 ildir insanlar qanunsuz hərəkətlərə dair sübutlar toplayırlar - bunlar ianə və alqı-satqı müqavilələri sənədləridir. O zaman 170 milyon dəyərində olan aktivlərə fiksiya üçün 19 min dollar qiymət qoyublar. Heç olmasa bu 19 mini insanlara verəydilər... onu da verməyiblər. Burada hələ çox hüquqi incəliklər var, ümid edirəm ki, müstəntiqlər buna son qoyacaq və iş məhkəməyə gedəcək”, - deyə Orda.kz ictimai xadim Jarkın Kurentayevdən sitat gətirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR