İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana casusluqda təqsirləndirilən şəxsə 17 il həbs cəzası verildi

1058 22.11.2022 19:00 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəməsi başa çatıb.

O, 17 il müddətinə azadlıqdan məhrum edilib. Elə bu gün dövlət ittihamçısı da çıxış edərək ona 17 il həbs cəzası istəmişdi. Səbuhi Səlimovun vəkili isə bəraət çıxışı etmişdi.

Səbuhi Səlimov son söz çıxışında bunları deyib: “Mən dövlətə xəyanət etmişəmsə, qanım mənə cəza kəsənlərə halal olsun. Mən dövlətimi sevmişəm, qardaşım da, özüm də Qarabağda döyüşmüşük, yaralanmışıq”.

Səbuhi Səlimov ötən ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. O, İranın xüsusi xidmət orqanı olan “SEPAH”la əməkdaşlıqda təqsirləndirilirdi. Məhkəmə boyu qəbul etməyib.

Səbuhi Səlimovun yaxınları bidlirilib ki, vəkil hökmdən apellyasiya şikayəti verəcək.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR