İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsan alverində təqsirləndirilən qadın azadlığa buraxıldı

530 23.11.2022 17:07 Kriminal A A

İnsan alverində təqsirləndirilən Elnarə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elnarə Məmmədova barəsində hökmün icrası təxirə salınıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Elnarə Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (İnsan alveri qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Elnarə Məmmədova öz qurbanlarını 2020-ci ilə qədər Türkiyənin Aydın şəhərinə aparıb. Burada onlara işləyəcəkləri ilə bağlı söz versə də, sonradan cinsi münasibət qurmağa vadar edib.

Zərərçəkmiş 4 qadının hər biri Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində "Sovxoz" adlanan ərazidə yaşayıblar.

Onlar 1983-cü il təvəllüdlü S. Q, 1997-ci il təvəllüdlü J. Ə, 1999-cu il təvəllüdlü M. Ə və 1984-cü il təvəllüdlü G. M-dır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR