İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlər Sankt-Peterburqda: bu gün Putin-Əliyev-Paşinyan görüşü olacaqmı?

656 26.12.2023 13:40 Siyasət A A

KTMT və MDB sammitlərini boykot edən Ermənistan lideri bu dəfə geri addım ataraq Rusiyaya getdi, Azərbaycan Prezidenti də bu gün səfər edir; Xankəndi zəfərindən sonra liderlər ilk toplantıdıdır ki, bir araya gəlirlər - Analitiklərin proqnozu

Dekabrın 25-dən Ermənistan Baş naziri Nikol Paşinyan Sankt-Peterburqdadır. Nəhayət ki, Nikol getmək qərarına gəldi. Onun səfər edəcəyi ilə bağlı gözləntilər var idi, amma rəsmi İrəvan dəqiqləşdirmirdi. KTMT toplantılarını boykot edən və “Putin NATO”-suna ittihamları gücləndirən Ermənistan hökumətinin başçısı Sankt-Peterburq sammitlərindən imtina edə bilmədi. 

“Yeni Müsavat” xəbər verir ki, Paşinyan 25-26 dekabr tarixlərində Avrasiya Ali İqtisadi Şurasının iclasında və MDB-nin qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedib. Paşinyan bundan əvvəl noyabrda Bişkekdə MDB sammitində və Minskdə KTMT liderlərinin sammitində iştirak etməyib. O, bundan başqa, Moskvada MDB Hökumət Başçıları Şurasının iclasına da qatılmayıb. “Paşinyan Avrasiya İqtisadi İttifaqının Sankt-Peterburq sammitinə və MDB dövlət başçılarının illik qeyri-rəsmi görüşünə qatılacaq. Nikolun Rusiyanın aktiv rol oynadığı bütün görüşləri boykot etmək siyasəti bununla bitəcəkmi? Çətin ki!” - rusiyalı politoloq Sergey Markov belə deyib. “Paşinyan Ermənistanı Rusiyadan qoparıb Qərbə aparmaq istəyir. Yəqin ki, Putinlə görüşdə yenə Rusiyanı günahlandıracaq, yalan danışacaq. O, bununla məşhurdur. Əliyevlə görüş olacaqmı? Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə doğru addım atılacaqmı? Artıq vaxtdır”, - Markov bildirib. Azərbaycan Prezidenti İlham Əliyev sabah Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcək. Bu barədə RİA-nın Kreml xəbərləri üzrə ixtisaslaşan teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, bu, Qarabağda rəsmi Bakının tam suverenliyinin təmin olunmasından sonra Azərbaycan və Ermənistan liderlərinin ilk dəfə eyni toplantıya qatılması olacaq. Tərəflər arasında görüşün keçirilib-keçirilməyəcəyi ilə bağlı məlumat yoxdur. Belarus lideri Aleksandr Lukaşenko da artıq Rusiyaya gedib.

Qabil Hüseynli: “Bu faciə kortəbii baş verməyib. Bütün deyilənlər  uydurmadır” | KONKRET

Qabil Hüseynli 

Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, belə bir misal var - qab əyildisə suyun hamısı tökülməlidir: “Əgər Paşinyan əvvəl getməyib boykot etdiyi tədbirə növbəti dəfə gedirsə, deməli, Rusiyanın vasitəçiliyi ilə danışıqlarda da iştirak edə bilər. Bu addımı Rusiya-Ermənistan münasibətlərini yoluna qoymaq, gərginliyi azaltmaq məqsədi daşıyır. Ona görə də onun Sankt-Peterburq səfəri yaranmış kəskin münasibətləri yumşaltmaq üçün fürsətdir. Ancaq sülh danışıqlarında Qərb masası da əhəmiyyətini hələ itirməyib”.  

Elxan Şahinoğlu: "Kişinyovda sülh sazişi imzalanmayacaq"

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Briliyinin və Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçiriləcək toplantılarında iştirak məqsədilə Rusiyaya getməyə bilməzdi: “Rusiya prezidenti Vladimir Putin son geniş mətbuat konfransında Paşinyanı yumşaq şəkildə hədələyərək, Ermənistanın Avrasiya İqtisadi Birliyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyəcəyini əminlikdə bildirmişdi. Paşinyan və onun hökumət üzvləri nə qədər Kremlin siyasətindən narazı qalsalar da, Rusiya ilə ittifaqdan qopa bilmirlər. Öz növbəsində Kreml əlindən gələni edir ki, Ermənistan Rusiyanın orbitindən çox uzaqlaşmasın. Bu məqsədlə Rusiya Qafanda Ermənistan ərazisində ikinci konsulluq xidməti açmağa hazırlaşır. Bundan başqa, Kreml Ermənistanın yenidən Rusiya ilə hərbi-texniki əməkdaşlığa qayıtmasına çalışır. Bu istiqamətdə danışıqlar intensivləşib”. Analitik Prezident İlham Əliyevin də MDB toplantısında iştirak məqsədilə Sankt-Peterburqa gedəcəyini xatırladır: “Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla üçtərəfli görüş keçirməyə çalışacaq. Bununla Putin Qərbə iki mesaj göndərməyə çalışacaq: Birinci mesajın mahiyyəti bu olacaq ki, Rusiya Cənubi Qafqazda əsas oyunçulardan biri olaraq qalır və Qərb bu amili unutmamalıdır. İkinci mesaj isə bu olacaq ki, Rusiya Azərbaycanla Ermənistan arasında əvvəlkitək əsas moderatordur. Liderlərin üçlü görüşü istisna deyil. Ancaq Azərbaycanla Ermənistan son birbaşa danışıqlarda əldə etdikləri nəticə ilə göstərdilər ki, Bakı və İrəvanın xüsusi moderatora ehtiyacları yoxdur”.

SEPAH Elxan Şükürlünü tirajladı: harda səhv etdin?

Elxan Şükürlü 

Siyasi ekspert Elxan Şükürlü də hesab edir ki, Qərbin Putin əleyhinə apardığı təbliğat kampaniyasında çox fəal şəkildə iştirak edən və Qərbin təhrikiylə də Putinlə görüşdən yayınan Ermənistan baş naziri Paşinyanı Rusiya rəhbəriylə olduqca çətin, gərgin danışıqlar gözləyir: “Əliyevlə Paşinyan Putinin vasitəçiliyi ilə sonuncu dəfə mayın 25-də Avrasiya İttifaqının toplantısında görüşmüş və mübahisə etmişdilər. Həmin vaxt Paşinyan elə tədbirin gedişindəcə Əliyevin Zəngəzur dəhlizinin açılmasını Rusiyanın da istədiyi fikrinə etiraz edərək, bunu Putinin öz dilindən eşitmək istədiyini vurğulamışdı...İndi görək, Paşinyan bu dəfə Qərbin cinayətkar saydığı və həbs etməyə çalışdığı Putinin dilindən nələr eşidəcək?!”

E.Şükürlü bildirir ki, yanvarda Putinin Türkiyəyə səfəri planlaşdırılır, eyni zamanda, Vaşinqton da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü hazırlayır: “Əgər Putin Sankt-Peterburqda Əliyevlə Paşinyanı bu gün yenidən bir masa arxasına gətirməyi bacarsa, böyük ehtimalla, Ərdoğan-Putin tandemi Vaşinqton görüşünədək tərəflər arasında sülhün əldə edilməsi prosesində də amerikalıları qabaqlayacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR