İnsanlara hürriyət, millətlərə istiqlal!

“Getsin, başına dua yazdırsın” - Xalq artistindən Elza Seyidcahana cavab

4284 28.05.2022 17:25 Şou-biznes A A

Əməkdar artist Elza Seyidcahan yenidən isti açıqlamaları ilə gündəm olub.

Xalq artisti Ramiz Məlik sosial şəbəkə hesabında onun haqqında “Xoşqədəm, bu dəli sənin verilişinə lazımdırmı?” şərhini yazıb.

Ramiz Məlikin bu şərhinə cavab olaraq, bəstəkar xanımın açıqlamasında onu “Yaramaz dəlik” adlandırıb.

"O, "Yaramaz dəlik"lər hələ də bilmirlər ki, hər bir dahidə, bir balaca dəlilik olur?!".

Elza Seyidcahanın sözlərinə qarşılıq verən Ramiz Məlik Lent.az-a bildirib ki, Elza Seyidcahana baş qoşmaq istəmir:

“Getsin başına dua yazdırsın. Özünü dəliliyə qoyub, efirdə camaatdan pul yığır. Baxın onun hərəkətlərinə. Mən belə şeyləri düzgün hesab eləmirəm, onu tənqid eləmişəm, yenə də edəcəm”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR