İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransua Olland: "Rusiya Ermənistandan üz döndərməklə xüsusi məqsədlər güdür"

1914 02.10.2023 14:31 Son xəbər A A

“Ermənistanı tərk etmək Fransa üçün rəzalət, Avropa üçün isə utanc hesab edilər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Fransanın keçmiş prezidenti Fransua Olland tərəfindən səslənib.

Olland son hadisələrdə birbaşa Rusiyanı suçlayıb.

Eks-prezidentin fikrincə, Rusiya Ermənistanı tərk edib və ondan üz döndərməklə bir neçə məqsəd güdür:

“Birincisi, bu, Putinə Ukraynanın işğalından sonra rolu artan Ərdoğanı zərərsizləşdirməyə imkan verəcək. İkincisi, qaz məsələsində Azərbaycanla ittifaqa imkan yaradır. Üçüncüsü, Ermənistanın baş naziri Nikol Paşinyanı Moskvadan uzaqlaşdığı və Avropaya yaxınlaşdığına görə cəzalandırmaq istəyir”.

Olland hesab edir ki, Putin Ukraynada uğursuzluğa düçar olub, Qafqazda qisas almaq niyyətindədir.

“O, Ermənistanın Rusiyanın himayəsi olmadan yox olmaq riskinin olduğunu göstərmək istəyir”, - deyə sabiq prezident söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR