İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın növbəti böhtanı

1312 02.10.2023 22:17 Son xəbər A A

Azərbaycanın sülh təşəbbüslərinə snayper atəşi ilə “cavab verən”, hərbçimizin həyatına son qoyan təxribat törədən Ermənistan indi də şər-böhtana əl atıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. İddia olunur ki, oktyabrın 2-də Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus döyüş mövqelərinin şəxsi heyəti üçün ərzaq daşıyan avtomobil guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulub və nəticədə Ermənistan tərəfdə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Ermənistan Müdafiə Nazirliyinin bu böhtanına yəqin ki, Azərbaycanın cavabı olacaq.

Ermənistan böhtanlarını davam etdirərək Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin guya “təcili tibbi yardım maşınına da”(?!-M.) “atəş” açdığını iddia edib.
Azərbaycan hərbçilərin hətta antiterror tədbiri zamanı yaralı erməni hərbçilərinə tibbi yardım göstərdiyinə dair faktları görməzdən gələn Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçu Köçəryan Aram Tiqranoviçin qətlinin gerçək səbəblərini ört-basdır etmək üçün Azərbaycana şər atır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR