İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan prezidenti ilə bağlı İLGİNC İDDİA: 19 sentyabrdan sonra...

1816 30.09.2023 21:08 Son xəbər A A

“Sentyabrın 19-dan sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan yoxa çıxıb. Ermənistan prezidentinin hətta Azərbaycanın Qarabağdakı antiterror tədbirlərindən, bunun nəticəsində çoxsaylı itkilərdən, ermənilərin Qarabağı tərk etməsindən, qondarma “DQR”in özünü buraxmasından belə xəbəri yoxdur. Görünür, o, bütün bu baş verənlərdən narahat deyil”.

Bu barədə “Joxovurd” qəzeti yazır.

Nəşrin yazdığına görə, Prezident Aparatının saytında mövcud olan məlumatlar Xaçaturyanı baş verən bu məsələlərin narahat etmədiyini göstərir.

“Joxovurd” yazır ki, prezidentin rəsmi saytında onun fəaliyyəti ilə bağlı sonuncu məlumat sentyabrın 21-də olub və orada onun Ermənistanın Müstəqillik Günü ilə bağlı təbriki yer alıb: “Bir də sentyabrın 26-da Çinin bu ölkəyə təyin etdiyi yeni səfirin etimadnaməsini qəbul edib və Çin prezidentini təbrik məlumatı yer alıb.

Yəni son hadisələrlə bağlı heç bir mövqeyi yoxdur və bu, onu göstərir ki, baş verənlər Xaçaturyanı narahat etmir”. (Ölkə.Az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR