İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər İsveçdə Azərbaycana qarşı HƏRƏKƏTƏ KEÇDİLƏR - EKSKLÜZİV FOTOLAR

2788 01.10.2023 17:25 Son xəbər A A

İsveçdə yaşayan ermənilər paytaxt Stokholmun Kunstraqorden meydanında aksiyalara başlayıblar.

Bu barədə Musavat.com-a Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) həmtəsisçisi, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev məlumat verib.

EMİL.jpeg (133 KB)

Onun bildirdiyinə görə, ermənilər İsveçdə xüsusi vərəq hazırlayıblar və həmin vərəqdə guya 120 min erməninin Qarabağda "genosid"ə məruz qalmalarını göstəriblər.

VEREQ.jpeg (150 KB)

Emil Mirzəyev həm də çox önəmli bir detalı Musavat.com-a bildirib. Onun sözlərinə görə, ermənilər qorxularından və sonradan təqib olunmaqdan çəkinərək maşınların nömrələrinin rəqəmlərini gizlədirlər.

MASİN.jpeg (282 KB)

Emil Mirzəyev onu da bildirib ki, ermənilər bundan sonra yürüş planlaşdırırlar. 

Musavat.com eksklüziv fotoları təqdim edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR