İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əlverişli vəziyyət yaranıb, Azərbaycan hər an HƏRƏKƏTƏ keçə bilər” - SON DƏQİQƏ açıqlaması

1976 22.04.2023 13:44 Gündəm A A

Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir.

Bu cəhdlərin qarşısının birdəfəlik alınması üçün hansı addımların atılması mütləqdir?

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Musavat.com-a açıqlamasında bildirib ki, sülhməramlılar özlərinə məxsus olmayan bir fəaliyyətlə məşğuldurlar - sərhəd funksiyaları həyata keçirirlər.

f30c1dd6-ab66-3012-b2fc-b21c7f70448b.jpg (184 KB)

Politoloq vurğulayıb ki, Azərbaycan bu funksiyaları tam şəkildə öz üzərinə götürməlidir:

“Bu məsələnin bir yolu var – orada keçid məntəqəsi qurmaq. Keçiddən kənar cəhdlər olsa, təbii ki, sərhəd qanunlarına əsasən onun qarşısı alınmalıdır. Hesab edirəm ki, indi əlverişli vəziyyətdir. Çünki Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, Zəngəzur dəhlizində eksterritoriallıq olmayacaq. Paşinyan rəsmən bildirib ki, onlar öz öhdəliklərini həyata keçirmək niyyətində deyillər. Bu baxımdan Azərbaycan 5 ili gözləmədən də Laçın dəhlizi deyilən bölgədə sərhəd nəzarətini bərpa edə bilər.

Bu mərhələdə aktual mövzu ondan ibarətdir ki, Qarabağda silahlı terrorçular var. Biz həmin terrorçulara ultimatum verməliyik ki, ya onlar çıxsınlar, ya da könüllü şəkildə tərk-silah edilsinlər. Biz onlara müddət verməliyik, hansısa məntəqələr qurulmalıdır ki, gəlib orada silahlarını könüllü şəkildə təhvil versinlər. Bunu antiterror əməliyyatı, yaxud da hərbi birləşmələrin dağıdılması və s. adlandırmaq olar. Orada da Azərbaycan qanunları işləməlidir, başqa cür ola bilməz. Bizim siyasətin məqsədi və mənası ondan ibarətdir ki, orada suverenlik bərpa olunsun. Suverenlik isə hüquqdan və öhdəliklərdən ibarətdir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR