İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinlə Avropa arasında konteyner daşımaları 18 faiz artıb

364 15.04.2024 18:25 Dünya A A

2023-cü ildə Çin və Avropa arasında konteyner daşımalarının həcmi 2022-ci ilə nisbətən 18 faiz artıb.

Musavat.com xəbər verir ki, bu barədə Dəmir Yolları Əməkdaşlıq Təşkilatının (OSJD) Yük Daşımaları Komissiyasının sədri Zubaida Aspayeva məlumat açıqlayıb.

Onun sözlərinə görə, 2023-cü ildə Çin-Avropa əlaqəsi üzrə 17,5 mindən çox konteyner qatarı göndərilib ki, bu da 2022-ci ilin səviyyəsindən 6 faiz çoxdur. İl ərzində 1,9 milyon TEU konteyner daşınıb. Artım 2022-ci ilin səviyyəsindən 18 faiz yüksək olub.

Xanım Aspaeva OSJD üzv ölkələrin dəmir yolu nəqliyyatının menecerləri və məsul nümayəndələri şurasının Aşqabadda keçirilən ilk iclasında bildirib ki, hazırda Çin-Avropa və Çin-Mərkəzi Asiya istiqamətində konteyner qatarı reysləri artıq 11 Asiya ölkəsinin 100-dən çox şəhərini, eləcə də Avropanın 25 ölkəsinin 217 şəhərini birləşdirib. Bu istiqamətlərdə avtomobil, avtomobil hissələri, elektronika, geyim, aksesuar, yüngül və tekstil məhsulları, istehlak malları, taxıl, ağac və s. kimi 53 müxtəlif kateqoriya üzrə 55 min növdən çox yük daşınıb. Ümumilikdə, 2023-cü ildə OSJD-yə üzv ölkələrin uzunluğu 293 min km-dən çox olan dəmir yolu xətləri şəbəkəsi ilə 5,3 milyard ton yük daşınıb.

OSJD 1956-cı ildə yaradılıb və hazırda Avrasiyanın nəqliyyat və logistika bazarının mühüm iştirakçıları kimi çıxış edən bir sıra ölkələri, o cümlədən Rusiyanı birləşdirir. Təşkilat dəmir yolu daşımaları sahəsində milli strategiyaların əlaqələndirilməsi, hüquqi məsələlərin həlli və dəmir yolu nəqliyyatı ilə bağlı geniş spektrli problemlərin həlli ilə məşğul olur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR