İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu, Vətən müharibəsindən sonra ən böyük uğurumuzdur" - ŞƏRH

1685 23.04.2023 16:54 Gündəm A A

"44 günlük Vətən müharibəsindən sonra Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması zəruri idi. Əks halda, ərazi bütövlüyümüzü təmin etmək çətin olardı. Bu, bizim uğurumuzdur".

Bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında deyib.

"Bu zamana qədər biz strateji yüksəklikləri nəzarətə götürmüşük, amma giriş-çıxışa nəzarət çox önəmlidir. Mina, silah-sursat daşınmasının qarşısını ancaq belə almaq olar. Azərbaycan tarixində ilk dəfə bu ərazidə sərhəd-keçid məntəqəsi quruldu".

Nazarbayevin qazaxca müraciəti - Elxan Şahinoğlu yazır

O ki qaldı Rusiya və digər dövlətlərin reaksiyasına, E.Şahinoğlu hesab edir ki, bu məsələ Rusiya rəsmiləri ilə razılaşdırılıb. Politoloq XİN-in son bəyanatına diqqət çəkərək bildirdi ki, məsələ danışıqlar əsasında həll olunub: "Yolu nəzarətə götürmək bizim suveren hüququmuzdur. Bu, 10 noyabr bəyanatına zidd deyil. Buna görə də Rusiyanın buna qarşı çıxacağını düşünmürəm. Ola bilər Rusiya XİN açıqlama versin, amma bu iki ildə açıqlamalar çox olub. Rusiya Azərbaycanla qarşıdurmadan çəkinir. Ukrayna ilə müharibə etdiyi üçün bataqlığın içindədir. Azərbaycanla imzaladığı strateji saziş var. Ermənilərə görə əks fikir səsləndirəcəyini düşünmürəm. Fransa və ABŞ-da bəzi ermənipərəst dairələr müəyyən açıqlamalar versələr belə, rəsmi Vaşinqtonun və rəsmi Parisin Azərbaycana təzyiq edəcəyini düşünmürəm. Çünki biz beynəlxalq hüquqa zidd addım atmamışıq. Hər bir dövlətin sərhədi olmalıdır. Növbəti mərhələdə separatçıları tərk-silah etməli, bütün əraziləri azad etməli və ermənilərin Azərbaycan qanunları ilə yaşamasını təmin etməliyik".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR