İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkələrdə yaşayan azərbaycanlılara müraciət edilib

447 22.12.2023 15:26 Siyasət A A

Azərbaycanın Vyetnamdakı səfirliyi 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı Vyetnam, Kamboca ve Laosda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarına çağırış edib.

Musavat.com xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, bu seçkilər ərazi bütövlüyü təmin edildikdən və ölkə ərazisi üzrə suverenlik tam bərpa olunduqdan sonra ilk seçkilər olaraq tarixə yazılacaq. Tariximizin belə șərəfli dönəmində seçkilərdə iştirak etmək üçün səfirlik Azərbaycan vətəndaşlarına lazımi şəraitin yaradılmasına hazırdır. Bu məqsədlə Prezident seçkilərində iştirak etmək istəyən Vyetnam, Kamboca ve Laosda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə dekabrın 29-dək Azərbaycanın Vyetnamdakı səfirliyinə müraciət etmələri xahiş olunur.

Telefon: 024 3737 90 11/12

Elektron poçt: hanoi@mission.mfa.gov.az

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay ve gün) və yaşadığı ünvan barədə məlumatın da göstərilməsi xahiş olunur.

Eyni zamanda, bu tarixi hadisə münasibətilə fevralın 7-də səfirlikdə tədbirin keçirilməsi də nəzərdə tutulur.

Bundan başqa, Azərbaycanın Malayziyadakı səfirliyi də Malayziya, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarına çağırış edib.

Vurğulanıb ki, Prezident seçkilərində iştirak etmək istəyən Malayziya, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə dekabrın 29-dək Azərbaycanın Malayziyadakı səfirliyinə müraciət etmələri xahiş olunur.

Telefon: 603-42526800 / 603-4253 4800

Elektron poçt: kualalumpur@mission.mfa.gov.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR