İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda evin qarşısına qumbara və qərənfil buketi niyə qoyulub?

1616 16.11.2022 16:38 Kriminal A A

Bakı sakini hədələnməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, noyabrın 13-də polisə müraciət edən Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Nəriman Səfərov (ad və soyadlar şərtidir) yaşadığı mənzilin qarşısına qumbara və qərənfillərdən ibarət gül buketinin qoyulduğunu bildirib.

O qeyd edib ki, həmin gün Hüseyn adlı şəxs yaşadığı Alı Mustafayev küçəsindəki mənzilə gəlib. Həmin şəxs bildirib ki, onun keçmiş qayınatası, Masallı sakini Teyyub Babayevə 30 min dollar borcu var. O, pulların ona verilməsini tələb edərək qarşı tərəfi hədələyib.

Müraciətlə bağlı ilkin araşdırmalar və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR