İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda əməliyyat - 50 taksi sürücüsü tutuldu

7756 22.11.2022 14:02 Kriminal A A

Bu gün Bakıda narkotik vasitə aludəçisi olan, eləcə də xanım müştərilərə əxlaqsız təkliflər etdiyinə görə barələrində şikayətlər olan taksi sürücülərinə qarşı əməliyyat keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən icra olunub.

Əməliyyat nəticəsində 50-yə yaxın taksi sürücüsü saxlanılıb və onlar məsuliyyətə cəlb edilib. Onların əksəriyyətinin barəsində inzibati protokollar tərtib edilib və məhkəmələrə göndərilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR