İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda 24 min manatlıq telefon oğrusu saxlanılıb - VİDEO

651 22.11.2022 20:37 Kriminal A A

Səbail rayonu ərazisində mobil telefon və məişət əşyalarının satıldığı mağazaların birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, naməlum şəxs obyektin pəncərəsini qıraraq orada olan 9 ədəd müxtəlif markalı mobil telefonu oğurlayıb. Oğurlanan mobil telefonların dəyəri 24 min manat olub.

Səbail Rayon Polis İdarəsinin və 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Kamil Fərəcov saxlanılıb.

Faktla bağlı 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin digər cinayətlərdə əlinin olub-olmadığının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR