İnsanlara hürriyət, millətlərə istiqlal!

"Azərbaycan qazı Avropa üçün alternativsiz mənbədir" - RƏY

408 25.04.2023 20:26 Gündəm A A

"Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində illər əvvəl başlanan Cənub Qaz Dəhlizi layihəsinin istifadəyə verilməsi dünya siyasi münasibətlər sistemində gərginliyin yaşandığı dövrə təsadüf etdi. Rusiya qazından imtina edən Avropa İttifaqı üçün Azərbaycan qazı çox vacib və alternativsiz mənbəyə çevrilib".

Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov deyib.

O xatırladıb ki, 18 iyul 2022-ci ildə Avropa Komisiyasının Prezidenti Ursula Fon der Layenin Bakıya səfəri çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb: "Bu memoranduma əsasən, Azərbaycan TAP vasitəsilə ixrac ediləcək təbii qazın həcminin 10 milyard /kub metrdən 20 milyard/kubmetrə qədər artırılması nəzərdə tutulub. Bu gün artıq Azərbaycan yeni razılaşmaya uyğun olaraq Avropaya ixrac etdiyi qazın həcmini kifayət qədər artırıb və nəzərdə tutulan müddətə qədər 20 milyard kubmetrə çatdıracaq. Bunun üçün infrastrukturun genişləndirilməsi vacib məsələ idi. Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun istifadəyə verilməsi Balkan ölkələrinin qaz təminatında iştirak imkanlarımızı reallaşdırır. Bu gün Prezident İlham Əliyevin Bolqarıstana səfəri çərçivəsində “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması xüsusi əhəmiyyətə malikdir. İmzalanmış yeni sənədlər Azərbaycan qazının Avropada alıcıların sayını 6-dan 10-a çatdıracaq".

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Millət vəkili qeyd etdi ki, Azərbaycan Avropaya ancaq qaz ixracı ilə kifayətlənmir: "Ölkəmizin bərpaolunan enerji sahəsində böyük potensialı mövcuddur. İlkin hesablamalara görə, bu potensial 200 qiqavat dəyərləndirilir. Artıq ölkəmizdə bərpaolunan enerji istehsalı sahəsinə investisiyalar yatırılmağa başlanıb. Bərpaolunan enerjinin ixracı ilə bağlı Qaradənizin dibi ilə yeni ixrac marşrutlarının yaradılması məsələsi razılaşdırılıb və maliyyə mənbələrinin müəyyənləşdirilməsi prosesi davam edir. Bu marşrutun tikintisinin başa çatmasından sonra Azərbaycan Avropaya həm də bərpaolunan enerjini ixrac edəcək. Yeni marşrutlar Azərbaycanı Avropa ilə sıx bağlayır. İqtisadi bağlarımızın möhkəmlənməsi Azərbaycanın Avropa İttifaqında sözünün gücünü artırır".


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR