İnsanlara hürriyət, millətlərə istiqlal!

Abşeronda 27 yaşlı şəxs bıçaqlanıb

436 16.11.2022 09:35 Kriminal A A

Abşeronda 27 yaşlı şəxs bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən Bakı yeni yaşayış kompleksində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü İbrahimli Mirəli Aqil oğluna Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən Bakı yeni yaşayış kompleksində tanımadığı şəxs tərəfindən döş qəfəsinə bıçaqla xəsarət yetirilib və o, 3 saylı Tibb Mərkəzinə yerləşdirilib.

Keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş 1980-ci il təvəllüdlü Qasıməliyev Rəhman Rasul oğlu şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR