İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Umerovun yerinə onu TƏYİN EDƏCƏK

653 17.07.2026 16:25 Dünya A A

Ukrayna prezidenti Volodimir Zelenski sabiq daxili işlər naziri İqor Klimenko ilə görüşdüyünü və ona Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi vəzifəsini tutmağı təklif etdiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

“İqor Klimenko ilə görüşdüm. Daxili İşlər Nazirliyi sistemindəki fəaliyyətinə görə ona minnətdaram. Çox sayda mürəkkəb çağırışlar var idi və reaksiya hər zaman effektiv olub. İqor Klimenko dövlətimizin və xalqımızın müdafiəsi naminə Ukraynanın rifahı üçün fəaliyyətini davam etdirəcək. Ona Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsini təklif etdim. Təyinatla bağlı müvafiq fərman artıq hazırlanır”, - deyə Zelenski qeyd edib.

Hazırda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi postunu sabiq müdafiə naziri Rüstəm Umerov tutur.

Əvvəllər Klimenkonun Ukraynanın yeni hökumətində müdafiə naziri vəzifəsini ala biləcəyi güman edilirdi, lakin bir qədər əvvəl Zelenski bu quruma rəhbərlik etməyi Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri vəzifəsini icra edən Yevgeni Xmaraya təklif edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR