İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə etirazlar davam edir: Sakinlər Fedorovun istefasına etiraz edir - FOTO

412 17.07.2026 21:47 Dünya A A

Ukraynanın paytaxtı Kiyev şəhərində Baş nazirin müavini – rəqəmsal transformasiya naziri Mixail Fedorovun istefasına etiraz olaraq və Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırskinin vəzifəsindən azad edilməsi tələbi ilə keçirilən aksiyalar davam edir.

Musavat.com xəbər verir ki, yerli mənbələrin yaydığı məlumata görə, aksiyanın növbəti günündə iştirakçıların sayı ilk günlə müqayisədə xeyli azalıb.

Buna baxmayaraq, hazırda Kiyev küçələrində bir neçə yüz nəfərin iştirakı ilə etiraz nümayişləri davam etməkdədir. Aksiyada həm Fedorovun komandada qalması üçün şüarlar səsləndirilir, həm də cəbhədəki son vəziyyətlə bağlı Sırskinin rəhbərliyinə qarşı narazılıqlar ifadə olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR