İtaliya eyni vaxtda bir neçə kəskin hava şəraiti ilə mübarizə aparır.
Musavat.com xəbər verir ki, ölkənin cənubu anomal istilər və meşə yanğınları ilə qovrulduğu halda, şimal bölgələri şiddətli fırtına və daşqınların ağuşundadır. Ölkədə fərqli regionlar üzrə vəziyyət kritik həddə çatıb.
Cənubda anomal isti və yanğınlar: 19 şəhərdə "qırmızı həyəcan"
45 dərəcə isti: Siciliya və Sardiniya adalarında havanın temperaturu 45 dərəfəyə qədər yüksəlib. Aşırı istilərlə əlaqədar olaraq yüksək riskli "qırmızı alarm" elan edilən şəhərlərin sayının 19-a çatacağı gözlənilir.
Meşə yanğınları: Sardiniya, Siciliya və Umbriya bölgələrinin fərqli nöqtələrində meşə yanğınları qeydə alınıb. Yanğınsöndürmə briqadaları alovun qarşısını almaq üçün fasiləsiz çalışır.
Şimalda fırtına və daşqınlar
Ölkənin şimal rayonlarında isə tamamilə fərqli mənzərə hökm sürür. Güclü leysan yağışları və şiddətli külək ciddi fəsadlar törədib. Geniş kənd təsərrüfatı sahələri və əkin əraziləri su altında qalıb.
Qasırğa bəzi binaların damını uçurub, ağacları kökündən qopararaq yollara aşırıb.
Musavat.com






