İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan mandatdan imtina etdi – revanşist blokdan parlamentə kimlər düşür?

253 17.07.2026 21:54 Dünya A A

Ermənistanda revanşist “Ermənistan” blokunun parlamentdə təmsil olunacaq deputatlarının adları açıqlanıb.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, blok deputat mandatlarını seçki siyahısındakı ardıcıllığa uyğun bölüşdürəcək. Bu barədə “Sputnik Ermənistan”a blokun deputatlığa namizədi Aqnessa Xamoyan məlumat verib.

“Mandatlar Ermənistanın ikinci prezidenti istisna olmaqla, siyahıdakı ardıcıllığa uyğun bölüşdürüləcək”, – Xamoyan bildirib.

IX çağırış Ermənistan Milli Məclisində “Ermənistan” blokuna 12 deputat mandatı verilib. Robert Köçəryan deputat mandatından imtina etdiyinə görə, seçki siyahısında növbəti yeri tutan İrəvan Ağsaqqallar Şurasındakı “Ana Ermənistan” fraksiyasının üzvü Mesrop Manukyan parlamentə daxil olacaq.

Beləliklə, “Ermənistan” blokundan Milli Məclisdə İşxan Saqatelyan, Anna Qriqoryan, Sevak Xaçatryan, Artur Xaçatryan, Kristine Vardanyan, Ağvan Vardanyan, Geğam Manukyan, Aqnessa Xamoyan, Levon Köçəryan, Artur Sarkisyan, Lilit Qalstyan və Mesrop Manukyan təmsil olunacaqlar.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkilərində 16 partiya və iki seçki bloku iştirak edib.

İlkin nəticələrə əsasən, “Çiçəklənən Ermənistan” partiyası səslərin 4 faizini toplayaraq parlamentə düşmək imkanı qazanmışdı. Lakin daha sonra Mərkəzi Seçki Komissiyası üç seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız sayıb. Nəticədə partiya 213 səs itirib və 4 faizlik seçki baryerini keçə bilməyib.

MSK-nın iyunun 14-də açıqladığı yekun nəticələrə görə, “Çiçəklənən Ermənistan” 58 287 səs, yəni 3,9893 faiz toplayaraq parlamentdən kənarda qalıb.

Yekun nəticələrə əsasən, “Vətəndaş müqaviləsi” Partiyası Milli Məclisdə 64, “Güclü Ermənistan” partiyası 29, “Ermənistan” bloku isə 12 mandat əldə edib.

İyunun 19-da yeddi siyasi qüvvə seçkilərin nəticələrinin etibarsız sayılması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib. İyulun 4-də Konstitusiya Məhkəməsi MSK-nın qərarını qüvvədə saxlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR