İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və Belarus idmançılarının yarışlara qayıtmasına etiraz

331 17.07.2026 20:49 Dünya A A

Avropa Birliyinin doqquz dövləti idman üzrə Avropa komissarı Qlenn Mikallefə müraciət edərək, rusiyalı və belaruslu idmançıların idman arenalarına, yarışlara qaytaran təşkilatın maliyyəsini kəsməyi təklif ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məktubu Estoniya, Danimarka, Finlandiya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya və İsveç imzalayıb. Tələb Beynəlxalq Olimpiya Komitəsinə, Dünya Üzgüçülük Federasiyasına və Beynəlxalq Qılıncoynatma Federasiyasına aiddir.

BOK məhdudiyyətlərin yumşaldılmasının müvəqqəti olduğunu bildirib və qeyd edib ki, bu, təşkilatın Rusiyaya münasibətdə ümumi mövqeyində dəyişikliklər demək deyil.

Komitə nümayəndəsi bildirib ki, BOK mövcud geosiyasi vəziyyətin mürəkkəb reallıqlarına və nəticələrinə diqqət yetirməyə məcburdur.

BOK hələ də Rusiyada yarışlar keçirməyi planlaşdırmır. Rusiya dövlət rəsmiləri də təşkilatın tədbirlərinə dəvət olunmayacaqlar.

Gələcək olimpiya oyunlarında Rusiya bayraqlarının, rənglərinin və himnlərinin istifadəsi ilə bağlı qərar hələ verilməyib.

Qeyd edək ki, Rusiya idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılması RF ordusunun 2022-ci ilin fevralında suveren Ukrayna dövlətinin ərazisinə soxulmasından sonra baş verib. Moskva hələ də Ukraynanın ümumi ərazisinin 20 faizə qədərini işğal altında saxlayır və bu ölkəyə qarşı hərbi təcavüzünü davam etdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR