İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qızımın 12 yaşı olanda ondan ayrıldım" — Nahidə Orucova kövrəldi

223 18.07.2026 00:04 Şou-biznes A A

Əməkdar artist Nahidə Orucova qızı Bilqeyistən danışarkən kövrəlib.

Aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb.

O, bildirib ki, qızının gələcəyini düşündüyü üçün 12 yaşından ondan ayrılıb:

"Qızımı 12 yaşına qədər mən böyütdüm. Ayrılandan sonra isə atasının yanına göndərdim. Təhsil alması, ali məktəbə daxil olması, savad qazanması üçün atasına verdim. Çətin idi, amma bunu onun xoşbəxtliyi üçün etdim. İstədim savadlı olsun, ailə qursun. Onun atasının yanında olmasına çalışdım. İstəmədim tək olsun. İstədim qardaşı, bacısı olsun. Danışdıqca kövrəlirəm".

Qeyd edək ki, N.Orucovanın qızı Bilqeyis Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailəlidir. (axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR