Kiyev, Odessa və Xarkov daxil olmaqla bir neçə şəhərdə mitinqlər keçirilir.
Musavat.com xəbər verir ki, Ukraynada Müdafiə naziri Mixail Fedorovun istefasına qarşı başladılan etiraz aksiyaları ikinci gündür ki, davam edir. Ölkə rəhbərliyinin kadr qərarlarına etiraz edən kütlələr artıq təkcə paytaxtda deyil, digər böyük regional mərkəzlərdə də meydanlara axışıblar.
Kiyevlə yanaşı Odessa, Xarkov, Çernovtsı və Krivoy Roq şəhərlərində də izdihamlı mitinqlər təşkil olunub.
Musavat.com xəbər verir ki, yerli teleqram kanalları və sosial şəbəkə seqmentlərində paylaşılan videogörüntülərə görə, paytaxtda təşkil olunan budəfəki mitinqdə ciddi canlanma müşahidə olunur.
Mənbələr qeyd edir ki, aksiyada iştirak edən insanların sayı ötən günlə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb.
Etirazçılar Fedorovun orduya gətirdiyi texnoloji yenilikləri müdafiə edən və Sırskinin rəhbərliyinə qarşı kəskin ittihamlar ehtiva edən şüarlar səsləndirirlər. Şəhərdə gərginliyin artmaqda davam etdiyi bildirilir.
Musavat.com






