İraqda fəaliyyət göstərən şiə silahlı qruplarının ABŞ Prezidenti Donald Trampın başına 10 milyon dollar məbləğində mükafat qoyduğu bildirilir.
Musavat.com xəbər verir ki, bu vəsait qruplaşmaların tərəfdarlarının ianələri hesabına toplanıb.
Məlumata görə, onlar bu addımı 2020-ci ildə ABŞ əməliyyatı nəticəsində öldürülən iranlı general Qasım Süleymani və İraqın şiə silahlı dəstələrinin rəhbərlərindən olan Əbu Mehdi əl-Mühəndisin ölümünə görə qisas kimi izah edirlər.
Musavat.com






