İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyana kəsilən cəza anti-Azərbaycan dairələrini fəallaşdırdı- "Amnesty İnternational" yenə həyasızlıq etdi...

511 19.02.2026 14:37 Dünya A A

Ermənistan vətəndaşı, milyarder Ruben Vardanyan haqqında Bakıda oxunan 20 illik hökm xaricdəki bəzi qüvvələrin yuxusunu ərşə çəkib. Verilən bu haqlı cəzadan dərhal sonra anti-Azərbaycan qüvvələri hərəkətə keçiblər. Hər zaman ölkəmizə qarşı qərəzli mövqeyi ilə tanınan “Amnesty İnternational” bu dəfə də əsl simasını göstərməkdədir.


 Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Marie Struthers tərəfindən səsləndirilən açıqlamalar dediklərimizin bir daha əyani sübutudur. Onun Bakıdakı məhkəmə prosesləri barədəki mövqeyi həyasızlığın son həddidir. Bütün bunlar Azərbaycanın məhkəmə sisteminə və suveren hüququna yönəlmiş ittihamdan başqa bir şey deyil.

Tənqidçilər hesab edirlər ki, bu təşkilatın regiondakı hadisələrə münasibəti ardıcıl və balanslı olmayıb. Xüsusilə, bu, Qarabağ münaqişəsi və 2020-ci il müharibəsi dövründə baş verənlərə yanaşmada özünü açıq formada göstərib.

ƏHD partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-a açıqlamasında bütün bunların sadəcə həyasızlıq olduğunu söylədi:

“Amnesty İnternational" və bu kimi təşkilatlar hər zaman Azərbaycan dövlətinin əleyhinə çıxışlar ediblər, bəyanatlar veriblər. Xüsusən də dövlət və maraqlarımız kontekstində. Bu tip təşkilatlar əsasən qərəzli və qeyri-obyektiv münasibət göstərib. Bunların utanan sifəti yoxdur. Son 34 ildə Qarabağda ən ağır bəşəri cinayətlər törədilib, yüz minlərlə insan öz isti evindən didərgin salınıb, on minlərlə insan qətlə yetirilib, minlərlə kənd, qəsəbə, şəhər dağıdılıb, on minlərlə insan qətlə yetirilib, körpə, uşaq, qoca və qadınlar ən ağır işgəncələrə məruz qalınıb, bir xalqa Xocalı soyqırımı kimi vəhşiliklər edilib və nəhayət, 20 faiz ərazisini işğal edən şəxsləri bu formada müdafiə etmək, üzr istəyirəm, həyasızlığın son həddidir. Söhbət tək Vardanyandan getmir, Araiki və  ən ağır cinayət törədən şəxsləri də bu cür bəyanatlar verib, müdafiə edirlər.

Bu təşkilatlar bir sıra dövlətlərin və güc mərkəzlərin əllərində alət kimi istifadə olunur. Azərbaycana qarşı həmin siyasəti həyata keçirirlər. Beynəlxalq təşkilatlar öz maraqları tələb edəndə, “Amnesty International”, “Human Rights Watch” və digər təşkilatları yönəldirlər, idarə edirlər. Bu faktın özü onu deməyə əsas verir ki, artıq beynəlxalq hüquq ölüb, insan hüquqları, ədalətli məhkəmə qərarlarının qəbul edilməsini düşünmək belə sadəlövlükdür. Kim güclüdürsə, onunla hesablaşırlar. Kimin haqlı və haqsız olmasının heç bir əhəmiyyəti qalmayıb. Birləşmiş Millətlər Təşkilatı belə oyuncaq bir quruma çevrilib. Təəssüf ki, dünyanın reallığı bu gün belədir”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR