İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp xəbərdarlıq etdi: İran danışıqlar masasına qayıtmasa, hərbi zərbələrin miqyası genişləndiriləcək

800 16.07.2026 02:16 Dünya A A

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların miqyasının genişləndirilə biləcəyi ilə bağlı növbəti xəbərdarlığını edib.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti rəsmi Tehranın danışıqlar masasına qayıtmaması halında gələn həftə hədəf növbəsinin körpülərə çatacağını və ölkədəki bütün elektrik stansiyalarını sıradan çıxaracaqlarını vurğulayıb.

Tramp qeyd edib ki, ABŞ qüvvələri hər gecə hədəfləri çox sərt şəkildə vurmağa davam edəcək və əgər Tehran razılaşmaya meyil göstərməsə, gələn həftə onlar üçün çox pis keçəcək. O, enerji infrastrukturunu ən sona saxladığını, lakin nəticədə bu sahələrin də vurulacağını əlavə edib.

Rəsmilərə tamamilə məhv olmadan əvvəl tez bir zamanda razılaşma əldə etmələri barədə mesaj göndərildiyini deyən Tramp mülki əhaliyə zərər verməmək üçün olduqca diqqətli davrandıqlarını iddia edib.

Hörmüz boğazından keçid haqqı tələb etmək fikrindən daşındığını deyən ABŞ rəhbəri boğazı açıq saxlamaq məqsədinə böyük ölçüdə nail olunduğunu bildirib. Ehtimal olunan quru əməliyyatı üçün isə ABŞ hərbçilərinin deyil, bölgədəki müttəfiq qüvvələrin istifadə edilə biləcəyinə işarə vurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR