İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask: "Fransanın son ümidi Marin Le Pendir"

247 15.07.2026 20:40 Dünya A A

Amerikalı sahibkar İlon Mask hesab edir ki, “Milli birlik” partiyasının parlament fraksiyasının lideri və 2027-ci ildə Fransada prezidentliyə namizəd olmaq niyyəti olan Marin Le Pen respublikanın son ümididir.

"O, Fransanın son ümididir", - Mask sosial media səhifəsində paylaşıb.

Sahibkarın reaksiyası Le Penin son dörd ildə sürətlə populyarlıq qazandığını qeyd edən sosial media istifadəçisinin paylaşımına cavab olaraq gəlib.

Onu da qeyd edək ki, İlon Mask Avropa ölkələrinin siyasi arenasında bir qayda olaraq millətçilərə dəstəklədiyini bəyan edir. Bundan əvvəl o, Almaniyada fəaliyyət göstərən “Almaniya üçün Alternativ” partiyasını müdafiə etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR