İstanbul təmsilçisi "Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardi komandadan rəsmən ayrılıb.
Musavat.com xəbər verir ki, klub argentinalı forvardın gedişini rəsmi sosial şəbəkə hesablarında duyğusal bir videoçarx və vida mətni ilə elan edib.
Paylaşılan videoda İkardinin komandadakı unudulmaz anları, vurduğu qollar və azarkeşlərlə bərabər keçirdiyi coşğulu anlar yer alıb. Sarı-qırmızılı klubun paylaşdığı vida mesajında isə bu ifadələrə yer verilib:
"Sevgili Mauro,
Bu gün ayrılıqdan deyil, mirasdan danışırıq.
Artıq "Galatasaray" formasını geyinmir olmağın qəlbimizdəki yerini dəyişməyəcək. Çünki sən 7-dən 70-ə hər bir "Galatasaray" azarkeşinin qəlbində taxt qurdun.
Vurduğun qollar, qazandığın qol krallıqları, qırdığın rekordlar və qaldırdığın kuboklar bir yana; sən "Galatasaray" tutqusunu yaşadın və milyonlara yaşatdın.
Sən artıq yalnız klub tarixinə adını qızıl hərflərlə yazdıran deyil, "Galatasaray"ın unudulmaz əfsanələri arasında sonsuza qədər yaşayacaq bir dəyərsən.
Bir nəsli "Galatasaray"lı edən sevgili kapitan, bu gün uşaqlar "Galatasaray"lıyam" deməkdən qürur duyursa, bunda sənin də böyük payın var.
Bütün "Galatasaray"lılar bilir...
Belə bir sevgi unudulmaz".
Qeyd edək ki, Mauro İkardi "Qalatasaray"da çıxış etdiyi dövrdə qazandığı çempionluqlar və vurduğu qollarla klubun müasir tarixinə adını qızıl hərflərlə yazdıraraq azarkeşlərin ən sevimli simalarından birinə çevrilmişdi.






