İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukrayna dronlarına görə Arktikanı müdafiəsiz qoydu

226 15.07.2026 19:52 Ölkə A A

Rusiya Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarından müdafiəni gücləndirmək məqsədilə Arktikadakı bir sıra strateji hərbi obyektlərdən hava hücumundan müdafiə sistemlərini çıxarmağa başlayıb. Musavat.com xarici agentliklərə xəbər verir ki, bu barədə "Radio Svoboda" peyk görüntülərinin təhlilinə istinadən məlumat yayıb.

Araşdırmaya görə, Rusiya hərbçiləri S-300 və S-400 zenit-raket komplekslərini Arktikadakı bir neçə mühüm hərbi obyektdən çıxarıblar. Bildirilib ki, 2015-ci ildən etibarən Yeni Torpaq arxipelaqındakı Roqaçyovo aviabazasında yerləşdirilən iri hava hücumundan müdafiə mövqelərinin böyük hissəsi artıq boşaldılıb.

Oxşar vəziyyət Ağ dəniz sahilində yerləşən və Rusiyanın atom sualtı qayıqlarının tikildiyi və təmir edildiyi Severodvinsk şəhərində də müşahidə olunur. Nəşrin məlumatına görə, şəhər ətrafındakı mövqelərdən 20-yə yaxın S-300 və S-400 kompleksi çıxarılıb. Məlumata əsasən, bu sistemlərin bir hissəsi Ukrayna dronlarının hədəfinə çevrilən bölgələrə, o cümlədən Moskva ətrafına yerləşdirilib.

“Azadlıq Radiosu”" yazır ki, 2023-cü ildən paytaxt ətrafında 100-dən çox hava hücumundan müdafiə sistemi yerləşdirilib. 2025-ci ildə isə Moskva yaxınlığında əlavə olaraq 43 "Pantsir-S1" kompleksi quraşdırılıb.

Araşdırmada qeyd olunur ki, S-400 sistemlərinin yerləşdirildiyi ehtimal olunan yeni mövqelər Moskvoretski parkında, Kuntsevo rayonunda, "Medik" stadionu yaxınlığında və MDU-nun İnnovasiya Elmi-Texnologiya Mərkəzinin ətrafında aşkarlanıb. Həmin mərkəzə Krem rəhbərinə yaxınlığı ilə bilinən "İnnopraktika" fondu kuratorluq edir.

Bundan əlavə, Putinin Valday iqamətgahının mühafizəsi də gücləndirilib. Bildirilir ki, 2026-cı ilin martına qədər burada 27 qüllə inşa olunaraq "Pantsir" sistemləri yerləşdirilib.

Araşdırmada, həmçinin, qeyd edilir ki, Saratov Neft Emalı Zavodu yaxınlığında da S-400 kompleksləri yerləşdirilib. Zavod 2025-ci ilin əvvəlindən etibarən dəfələrlə Ukrayna pilotsuz aparatlarının hücumuna məruz qalıb. “The Barents Observer” nəşrinin məlumatına görə, Severodvinskdən daha bir S-400 kompleksinin çıxarıldığı da müəyyən edilib. Bildirilir ki, həmin kompleksin komandiri, polkovnik-leytenant Vladimir Spiridonov 2024-cü ilin aprelində Krımda həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR