Fransa, İspaniya və ABŞ-dən sonra Türkiyə dünyanın ən çox turist qəbul edən dördüncü ölkəsi olub.
Musavat.com xəbər verir ki, BMT-nin Turizm Təşkilatının (UN Tourism) açıqladığı beynəlxalq reytinqə əsasən, Türkiyə 60,6 milyon xarici ziyarətçi ilə dünyanın ən çox turist qəbul edən 4-cü ölkəsi olub. Siyahıda ilk üç pillədə Fransa (102 milyon), İspaniya (93,8 milyon) və ABŞ (72,4 milyon) qərarlaşıb.
Beləliklə, Türkiyə turizm sahəsində İtaliyanı geridə qoyaraq ilk dördlükdə yerini möhkəmləndirib. Bu uğurda İstanbul, Antalya, Muğla və Kapadokya kimi məşhur turizm mərkəzləri, zəngin tarixi-mədəni irs, inkişaf etmiş nəqliyyat infrastrukturu və ilboyu davam edən turizm mövsümü mühüm rol oynayıb.
Musavat.com






