İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni tələb: ölkəyə gələn kimi xüsusi telefon...

4128 16.07.2026 03:01 Dünya A A

Rusiyada miqrantlara nəzarəti gücləndirəcək yeni təşəbbüs gündəmə gəlib.

Musavat.com xəbər verir ki, Rusiya daxili işlər nazirinin müavini İqor Zubov Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin iclasında bildirib ki, ölkəyə gələn miqrantların xüsusi telefon əldə etməsi məcburi ola bilər.

Onun sözlərinə görə, həmin telefonda miqrantın elektron profili yerləşdiriləcək və hüquq-mühafizə orqanları onun yerləşdiyi məkanı müəyyən edə biləcəklər.

Zubov qeyd edib ki, bu sistem miqrantların sənədlərinin etibarlılıq müddətinin başa çatması, eləcə də polisə və ya digər dövlət qurumlarına gəlmələrinin zəruri olduğu hallarda onlara operativ bildiriş göndərməyə imkan verəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR