İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma danışıqlarında tarixi razılaşma: Livan və İsrail arasında yeni plan

187 15.07.2026 19:59 Dünya A A

İtaliyanın paytaxtı Romada Livan və İsrail arasında davam edən danışıqlar nəticəsində mühüm razılıq əldə olunub. Tərəflər Livanın cənubunda nizamlanma prosesi çərçivəsində iki pilot zonanın yaradılması barədə anlaşıblar.

Musavat.com xəbər verir ki, bu zonalardan biri hazırda İsrailin nəzarəti altındadır, digəri isə İsrail mövqeləri ilə həmsərhəd ərazidə yerləşir.

Hazırlanan plan İsrail qoşunlarının həmin ərazilərdən çıxarılmasını, Livan ordusunun yerləşdirilməsini və üçüncü tərəf tərəfindən müstəqil yoxlamaların aparılmasını nəzərdə tutur. Livan tərəfi bu razılaşmanın şərtlərinin cənubun qalan hissəsinə də şamil edilməsi üçün dəqiq bir təqvim müəyyən edilməsində israrlıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR