İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Mərkəzi Bankından MÜHÜM QƏRAR

449 23.07.2024 20:47 Dünya A A

Türkiyə Mərkəzi Bankı ardıcıl dördüncü iclasda əsas faiz dərəcəsini dəyişməz saxlamaq barədə qərar qəbul edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyul iclasından sonra yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi illik 50 faiz səviyyəsində qalıb.

Bu, 2002-ci ildən bəri ən yüksək səviyyədir.

Qərar əksər analitik və iqtisadçıların proqnozları ilə üst-üstə düşüb.
Mərkəzi Bankın mesajında qeyd edilir ki, Türkiyədə baza inflyasiya səviyyəsi ümumilikdə gözlənilən diapazondadır, lakin geosiyasi qeyri-müəyyənlik, xidmət və ərzaq məhsullarının yüksək qiymətləri fonunda yuxarıya doğru dəyişiklik riskləri mövcuddur. İnflyasiya gözləntiləri ilə bağlı vəziyyətin gözlənilməz pisləşməsi halında tənzimləyicinin rəhbərliyi yeni dərəcə artımlarına hazırdır.

İyun ayında ölkədə istehlak qiymətləri əvvəlki ayda 75 faiz artdıqdan sonra illik müqayisədə 72 faiz artıb. Mərkəzi Bank inflyasiyanı 5 faizə qaytarmaq istəyir.

İlin əvvəlindən Türkiyə valyutası təxminən 11 faiz dəyər itirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR