İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden xalqa müraciət edəcək

286 23.07.2024 21:38 Dünya A A

ABŞ prezidenti Co Bayden sabah xalqa müraciət edəcək.

Musavat.com xəbər verir ki, o, bunu X-dəki mikrobloqunda açıqlayıb: "Sabah axşam Şərq vaxtı ilə saat 20:00-da(Bakı vaxtı ilə səhər saat 05.00-red) mən Oval Ofisdən xalqa qarşıda bizi nələr gözlədiyini və Amerika xalqı üçün işi necə başa çatdıracağımla bağlı müraciət edəcəyəm".

Bu, Baydenin prezident seçkisindən çəkildiyini elan etməsindən bəri xalq qarşısında ilk canlı çıxışı olacaq. Bundan əvvəl o, 1 həftə idi koronavirusa yoluxduğuna görə ətrafdan izolə edilmişdi.

The New York Times qəzetinin yazdığına görə, Demokratların prezidentlik kampaniyası üçün ayrılan 90 milyon dollar, Bayden yarışdan çəkilənə və partiya onun əvəzini tapana qədər donorlar tərəfindən dondurulub. Baydenin seçki kampaniyası üçün vəsait toplayan Future Forward Komitəsi iyulun ortalarına qədər planlaşdırılan 700 milyon dollar əvəzinə cəmi 430 milyon dollar toplaya bilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR