İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar erməniləri Türkiyəyə tabe etmək istəyirlər” - ŞOK İDDİA

451 23.07.2024 20:40 Son xəbər A A

“Avropa İttifaqı və ABŞ ikiüzlü olduqlarını göstərdilər, onların nümayəndələri Ermənistana yalnız müharibədən sonra - ermənilər Qarabağdan çıxandan sonra gəlməyə başladılar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Stenford Universitetinin politologiya doktoru Artur Xaçikyan ABŞ və Aİ nümayəndələrinin Ermənistana son vaxtlar tez-tez səfərlərini şərh edərkən deyib.

“ABŞ üçün biz hələ də vacib deyilik. Qərbin burada real maraqları yoxdur. ABŞ nümayəndə heyətlərinin Qarabağın ermənisizləşdirilməsindən sonra gəlməsi diqqət çəkir. Onlar Ermənistana ermənilərin məğlubiyyətinin qarşısını almaq üçün gəlməyiblər. Onların gəlməsi erməniləri Türkiyəyə tabe etmək üçündür. ABŞ dəhlizin açılmasını, Türkiyə və Azərbaycan daha da güclənmək, neft və qaz xətlərinin Rusiya ərazisindən yan keçməsini, Ermənistanın isə tədricən yoxa çıxmasını istəyir”, - Xaçikyan vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR