İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkədə subaylığı QADAĞAN etmək istəyirlər

726 23.07.2024 21:42 Dünya A A

Rusiyada subaylığa qadağa qoyulması müzakirə edilir.

Musavat.com xəbər verir ki, rusiyalı məşhur müğənni Dima Bilanla bağlı baş verən qalmaqaldan sonra Dövlət Dumasından evlilikdən imtinaya görə cəza verilməsini nəzərdə tutan qanun qəbul olunması istənilib.

Rusiyalı millətçilər müğənnini ailə qurmaq istəmədiyini dediyi üçün təqib edirlər. Hətta Tatarıstanın Uşaq Ombudsmanı Dövlət Dumasının vitse-spikeri Anna Kuznetsovaya “boşanma və subaylıq”, “ailə tənhalığının” təbliğatını qadağan edən qanun layihəsinin hazırlanması tələbi ilə müraciət edib. Dövlət Dumasının digər deputatı Sultan Həmzəyev isə ailə qurmaq istəməyənlərə cərimələr tətbiq olunmasını istəyib.

Yeni tendensiyaların ilk qurbanı uzun illər Birinci Kanalın ən yaxşı layihəsi olan “The Voice”un münsiflər heyətinin üzvü müğənni Dima Bilan olub. Bir həftə əvvəl müğənni ilk dəfə şəxsi həyatı haqqında danışıb, hələ ailə həyatı qurmağı planlaşdırmadığını deyib.

Z-təbliğatçılar müğənnini kifayət qədər vətənpərvər olmamaqda ittiham etməyə başlayıblar.

Deputat Həmzəyev də Bilana hücum edib.

“O, ailə dəyərlərini gözdən salır. Onun nə demək istədiyini hamımız başa düşürük. Bu mənada o, mənfi nümunədir”, - deyə deputat “Fontanka”ya müsahibəsində bildirib.

Maraqlıdır ki, Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin özü subay sayılır. Volodinin ailə vəziyyəti ilə bağlı göstərdiyi bəyannamələrdə (sonuncusu 2022-ci ildə olub) kiçik uşaqlarının olduğu bildirilsə də, xanımının olmadığı qeyd edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR