İnsanlara hürriyət, millətlərə istiqlal!

BBC 500 işçisini ixtisar edir

232 23.07.2024 20:55 Dünya A A

Britaniyanın BBC yayım korporasiyası xərclərin azaldılması proqramı çərçivəsində təxminən 500 işçisini ixtisar etməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu məlumatı “Financial Times” korporasiyanın illik hesabatına istinadən yayıb.

BBC öz gəlirini evdə televizoru olan bütün britaniyalıların ödədiyi ildə 169,5 funt sterlinq (219 dollar) məbləğində məcburi ödənişdən əldə edir. İllik hesabatda göstərilir ki, ötən ilin sonunda ölkədə təxminən 23,9 milyon belə ev təsərrüfatları olub ki, bu da bir il əvvəlkindən 500 min azdır. 2010-cu ildən bəri illik gəlirlər üçdə bir və ya ildə təxminən 1 milyard funt sterlinq azalıb.

Bu il BBC-nin sədri olan Samir Şah xəbərdarlıq etdi ki, gəlirlərin azalması məzmun büdcələrinə mənfi təsir göstərir. Təxminən 21,8 min nəfərin çalışdığı korporasiyanın rəhbərliyi rəqəmsal yayıma sərmayənin artırılması da daxil olmaqla, dəyişiklik tempini sürətləndirəcəyinə söz verib.

BBC-nin illik hesabatında həmçinin qeyd olunur ki, korporasiyada ən yüksək maaş alan aparıcı, son bir ildə 1,3 milyon funt sterlinqdən çox qazanan “Günün matçı” proqramının aparıcısı olan məşhur keçmiş futbolçu Gary Lineker olaraq qalır. Eyni zamanda BBC-nin baş direktoru Tim Davey xeyli az - 525 min funt sterlinq alıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR