İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verdi - Trampa terrora qurban getdi

548 23.07.2024 20:43 Dünya A A

ABŞ Məxfi Xidmətinin rəhbəri Kimberli Çitl istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə "RİA Novosti" mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, Çitl Trampa qarşı sui-qəsdə görə dünən Konqresdə dindirilib. Onun rəhbərlik etdiyi qurum böyük siyasətçilərin təhlükəsizliyinə birbaşa cavabdehdir.

Onun agentləri Donald Trampın Pensilvaniyada keçirilən seçki mitinqində növbətçilik edirdi. Tədbir zamanı Trampa sui-qəsd cəhdi ölkədə ictimai müzakirələrə səbəb olub. Siyasətçilər və iş adamları xidmət rəhbərini uğursuzluqda, səriştəsizlikdə günahlandırdılar. İyulun 22-də Konqresə Çitlin səlahiyyətlərinə xitam verilməsi ilə bağlı qətnamə təqdim edilmişdi. Onun özü də mətbuata verdiyi açıqlamada Trampa qarşı sui-qəsdin qarşısının alınmamasının məsuliyyətini öz üzərinə götürmüşdü.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR