İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkianın inauqurasiyasına 60 ölkənin nümayəndəsi qatılacaq

528 23.07.2024 22:48 Dünya A A

Ən azı 60 ölkə öz nümayəndə heyətinin İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə İran Məclisinin (parlament) rəyasət heyətinin üzvü Müctəba Yusefi məlumat açıqlayıb.

İran Press agentliyinin yaydığı məlumata görə, bu 60 ölkədən nümayəndə heyətləri müxtəlif səviyyələrdə, o cümlədən 4 prezident, 12 parlament rəhbəri və 7 baş nazir təmsil olunacaq.

İyulun 10-da Yusefi bildirib ki, Pezeşkianın andiçmə mərasimi (inaqurasiya) iyulun 30-da Məclis binasında İranın ali lideri Əli Xamneyi iyulun 28-də seçilmiş prezidentin səlahiyyətlərini təsdiq edən fərmanı imzaladıqdan sonra keçiriləcək.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR