İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-92 markalı benzinin sərfiyyatı artıb? - RƏSMİ AÇIQLAMA

474 23.07.2024 21:29 Gündəm A A

Son vaxtlar sosial şəbəkələrdə Aİ-92 markalı benzinin sərfiyyatının artması ilə bağlı müzakirələr gedir.

Oxu.Az xəbər verir ki, sürücülər qiymət artımından sonra yanacaq sərfiyyatının artdığını, aldıqları yanacağın daha tez bitdiyini qeyd edirlər.

Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanladıq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, yayılan məlumat həqiqəti əks etdirmir.

"SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsal olunan və ölkədə satışı həyata keçirilən Aİ-92 avtomobil benzini AZS 059-2001 standartlarına cavab verir. Bunu nəzərə alaraq, Aİ-92 benzininin daha tez sərf olunması barədə yayılan məlumat həqiqəti əks etdirmir. Yay aylarında sürücülərin avtomobil kondisionerlərindən tez-tez istifadə etməsi, həmçinin ağır yük daşımaları kimi məsələlər benzinin daha çox sərfiyyatına səbəb ola bilər", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, iyun ayının 30-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 10 qəpik artırılaraq 1,10 manat müəyyən edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR