İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın buğda ixracı 31 faizdən çox azalıb

207 23.07.2024 22:34 Dünya A A

İyulun 1-dən 20-dək Rusiya 2 milyon 825 min ton taxıl məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (4 milyon 115 min ton) 31,4 faiz azdır.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Rusiya Taxıl Birliyinin hesabatında əksini tapıb.

20 gündə Buğda ixracı 23,8 faiz azalaraq 2 milyon 228 min tona, arpa 48 faiz azalaraq 404 min tona, qarğıdalı demək olar ki, 2,2 dəfə azalaraq 192 min tona düşüb.

Misir bu dövrdə Rusiya buğdasının əsas alıcısı olsa da, bu ölkəyə ixracötən mövsümün eyni dövründəki 453 min tondan 244 min tona qədər azalıb. İkinci yerdə Mərakeş qərarlaşıb - 146 min ton. Bir il əvvəl bu ölkəyə tədarük yox idi. Üçüncü yeri Səudiyyə Ərəbistanı tutur, lakin bu ölkəyə ixrac bir il əvvəlki 500 min tondan 132 min tona düşüb. Banqladeşə tədarük (4-cü yer) 198 min tondan 105 min tona qədər azalıb. İlk 5-liyi bağlayan Nigeriyaya tədarük təxminən 1,9 dəfə artaraq 103 min tona çatıb.

Avropada, xüsusilə də Fransada buğda istehsalının azalacağına dair məlumatlar dünya bazarında qiymətləri bir qədər artırıb. Fransız buğdasının qiyməti iyulun 17-dəki 234 dollardan 20-də 237 dollara qalxıb. Amma iyulun əvvəli ilə müqayisədə qiymət stabildir. Amerika buğdasının qiyməti iyulun əvvəlindən 6 dollar azalaraq bir ton üçün 218 dollara, Rusiya (FOB Novorossiysk) üçün iyulun 1-də bir ton üçün 236 dollardan 214-215 dollara enib.

2023-cü ilin iyul ayının eyni dövrü ilə fransız buğdasının qiyməti 17 faiz amerikan buğdası 21,6 faiz, Rusiya buğdası 12,7 faiz aşağıdır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR